7 C
Baku
23 Fevral 2026, 18:56
Maraqlı faktlar

“Musical road” səsi sakinləri bezdirdi

Mumbai musical road, The Guardian Hindistan xəbər, musiqi səsi magistral, yol təhlükəsizliyi narazılıq, Mumbai sakin şikayəti, Hindistan yol innovasiyaları, 23 fevral dünya xəbəri,

Hindistanın Mumbay şəhərində magistral yolda yaradılmış musiqi səsləri sakinlər arasında narazılığa səbəb olub.

Bu xüsusi yol hissəsində avtomobillər hərəkət etdikdə səs-melodiya eşidilir və bu, təhlükəsizlik məqsədilə tətbiq olunsa da, yaxın ərazilərdə yaşayanlar üçün dözülməz səviyyədə “intruziv” səslər yaradır.

Mumbay sakinləri bildirib ki, bəzi yollarda avtomobillərin sürətini tənzimləmək və yol təhlükəsizliyini artırmaq üçün musiqi effektləri tətbiq edilsə də, bu səslər günün bütün saatlarında eşidildiyi üçün ətrafdakı evlərdə və iş yerlərində xoşagəlməz təsir yaradır. Onlar həmçinin deyirlər ki, səs davamlı olaraq yayıldığı üçün yuxu və iş ritmlərinə mənfi təsir göstərir.

Şəhər rəhbərliyi isə bildirib ki, bu tip təcrübələr bir çox ölkələrdə yol təhlükəsizliyinin artırılması üçün istifadə olunur və burada məqsəd sürət həddinin aşılmaması və qəza riskinin azaldılmasıdır. Lakin yerli sakinlər bunun üçün alternativ səssiz təhlükəsizlik yanaşmalarının tapılmasını tələb edirlər.

Hazırda hakimiyyət və şəhər planlaşdırma qurumları sakinlərin şikayətlərini nəzərdən keçirir və son qərarın yaxın günlərdə verilməsi gözlənilir.

Musiqili yol nədir?

“Musiqili yol” (musical road və ya singing road) – asfaltın üzərində xüsusi aralıqlarla xırda relyef xətləri (yivlər) yerləşdirilməsi ilə yaranır. Avtomobil müəyyən sürətlə həmin hissədən keçəndə təkərlərin titrəyişi konkret tezlik yaradır və nəticədə melodiyaya bənzər səs eşidilir.

İlk dəfə harada yaradılıb?

İlk geniş tanınan musiqili yol 2007-ci ildə Yaponiyada yaradılıb. Layihə yol mühəndisi Şizuo Şinoda (Shizuo Shinoda) tərəfindən irəli sürülüb və ilk tətbiqlər Yaponiyanın dağlıq bölgələrində həyata keçirilib.

Nə üçün yaradılıb?

Əsas məqsəd:

  • Sürücüləri müəyyən sürət həddində hərəkət etməyə təşviq etmək
  • Diqqəti artırmaq
  • Yorğunluq və sükan arxasında yuxululuğun qarşısını almaq
  • Yol təhlükəsizliyini gücləndirmək olub.

Melodiya yalnız düzgün sürətlə hərəkət edəndə düzgün səslənir. Sürət çox və ya az olduqda musiqi pozulur – bu da sürücü üçün siqnal rolunu oynayır.

Sonra haralarda tətbiq olunub?

Daha sonralar bu tətbiq Cənubi Koreya, ABŞ, Çin, Hollandiya, Macarıstan kimi ölkələrdə də qurulub.

Mumbai musical road, The Guardian Hindistan xəbər, musiqi səsi magistral, yol təhlükəsizliyi narazılıq, Mumbai sakin şikayəti, Hindistan yol innovasiyaları, 23 fevral dünya xəbəri,
“Musical road” səsli Mumbai küçələri

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

“Bilirdinizmi?” – Amazon yağmur meşəsi haqqında maraqlı faktlar

Aynur Camal

Yeni kommersiya batareyası sənaye müzakirələrində – VİDEO

Aynur Camal

YouTube-a yüklənən ilk video London muzeyi tərəfindən satın alınıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu