36 C
Baku
20 İyul 2025, 16:40
DünyaHadisə

Musiqi festivalında səhnədə yanğın baş verdi

Belçikada keçirilməsi planlaşdırılan Tomorrowland elektron musiqi festivalının əsas səhnəsində naməlum səbəblərdən yanğın baş verib. Alov əsas səhnəni külə çevirib. Tədbir təşkilatçıları yanğına baxmayaraq festivalın ləğv edilməyəcəyini açıqlayıb.

Belçikanın Antverpen şəhərindəki Boom qəsəbəsində cümə günü başlaması planlaşdırılan Tomorrowland elektron musiqi festivalı yanğına səbəb olub. Festivalın əsas səhnəsi dünən baş verən yanğında yanıb. Festival təşkilatçıları “Tomorrowland” festivalının əsas səhnəsi baş verən böyük yanğın nəticəsində ciddi ziyan görüb”, “Hadisə zamanı heç kim xəsarət almayıb” sözlərini açıqlayıb. Bəyanatda festivalın “DreamVille” düşərgəsinin planlaşdırıldığı kimi cümə axşamı açılacağı qeyd edilib və təşkilatçıların festivalın rəvan keçməsini təmin etmək üçün həll yollarına diqqət yetirdikləri vurğulanıb.

Belçikanın ictimai yayımı VRT də yanğın zamanı festival yerində heç bir tamaşaçı olmadığını və hazırlıqlarda iştirak edən təxminən 1000 personalın təhlükəsiz şəkildə təxliyə edildiyini açıqlayıb. Həvəskar kameralar tərəfindən lentə alınan görüntülərdə səhnədən alov və tüstü yüksəldiyi, festivalda istifadə edilməsi planlaşdırılan bəzi atəşfəşanlıqların partladığı da eşidilib.

Yanğının səbəblərinin müəyyən edilməsi üçün ətraflı araşdırmalara başlanılıb.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Bermudanın bacısı Alyaska Üçbucağı!

Aynur Camal

Ukrayna ordusunun döyüşçüsü mühakimə olunacaq

Teymur Əziz

14 il bundan əvvəldən deyilsə belə, asteroidin zərbəsi qaçılmazdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu