Fransada keçirilən Musiqi Günü (Fête de la Musique) tədbirində 145 qadına şprislərlə hücum edilib. Hücumlarla əlaqəsi olan 12 nəfər saxlanılıb. Ölkə üzrə zorakılıqlar zamanı 1500-dən çox insan yaralanıb.
Fransada hər il iyunun 21-də keçirilən Musiqi Festivalı (Fête de la Musique) tədbiri zamanı qadınlara şprislərlə hücum edilib.
Hadisələr zamanı 145 qadın polisə iynə vurulduğunu bildirib, bir çox qadın isə xəstəxanaya aparılıb.
145 qadın konsertlər və ya küçə tədbirləri zamanı ayaqlarında, qollarında və ya boyunlarında iynə izləri gördüklərini bildirib.
Hücuma məruz qalan qadınlardan bəziləri başgicəllənmə, ürəkbulanma, huşunu itirmə kimi şikayətlərlə xəstəxanaya aparılarkən, polis hücumlarla əlaqədar 12 nəfəri nəzarətə götürüb.
İğnələrin tərkibindəki maddə hələ məlum olmasa da, mütəxəssislər iynələrin tərkibində zərərli kimyəvi maddələr ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Ölkə boyu baş verən zorakılıq hadisələri zamanı 1500-dən çox insan yaralanıb.
İynə hücumları ilə yanaşı, ölkə daxilində keçirilən tədbirlərdə də şiddətli hadisələr baş verib.
Şənliklər zamanı bir çox mağaza talan edilib, bəzi qruplar polislə toqquşub. Hadisələrdə 51 avtomobil yandırılıb.
Səlahiyyətlilər hadisələrdə 13-ü polis olmaqla, 1500-dən çox adamın yaralandığını, 371 nəfərin saxlanıldığını açıqlayıb.
Mənbə: TrtHaber