14 C
Baku
22 Noyabr 2024, 10:46
Baş xəbər

Musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu üzrə imtahanlar başladı

Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin növbəti imtahan mərhələsi başlanıb.

Bu il vətəndaşların rahatlığı üçün ilk dəfə olaraq imtahanlar mərkəzləşdirilmiş şəkildə həyata keçirilir.

20-30 iyun tarixlərini əhatə edən imtahan mərhələsi paytaxtımız üzrə Bakı Xoreoqrafiya Akademiyasında təşkil olunur.

İyunun 20-dən başlayaraq ilk dəfə vahid elektron qəbul sistemi ilə qeydiyyatdan keçmiş namizədlər əyani şəkildə reallaşan qəbul imtahanlarında iştirak edirlər.

  Bu mərhələdə ümumilikdə 16 mindən çox namizəd bilik və qabiliyyətini nümayiş etdirəcək. Onlardan 4 mindən çoxu Bakı şəhərinin payına düşür.

Qeyd edək ki, imtahanın nəticəsi barədə bütün imtahanlar yekunlaşdıqdan sonra 3 (üç) iş günü ərzində şəxsi kabinet, elektron poçt və ya SMS məlumatlandırma xidməti vasitəsilə namizədə (18 yaşa çatmayanların valideyninə və ya qanuni nümayəndəsinə) bildiriş göndəriləcək.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət Nazirliyində qeydə alınır və filmlərin dövlət reyestrinə daxil edilir və onlara həmin Qaydaların əlavəsinə uyğun vahid formalı yayım vəsiqəsi verilir.

Sözügedən Qaydalarda qeyd olunan meyarlara uyğun filmlərin seçilməsi, reyestrə daxil edilməsi və onlara yayım vəsiqəsinin verilməsi üçün ekspert mövqeyinə zərurət olduğundan Nazirlik yanında kinorejissor, sosioloq, psixoloq, jurnalist, dramaturq və müvafiq sahə üzrə təcrübəyə malik olan bir sıra digər mütəxəssislərdən ibarət tərkibdə Ekspert Şurası yaradılmışdır.

Şura filmlərin qanunvericilikdə müəyyən edilmiş meyarlara uyğunluq baxımından qiymətləndirilməsinə dair peşəkar rəy verir və həmin rəy əsasında müvafiq filmin reyestra daxil edilməsi və ona yayım vəsiqəsinin verilməsinə dair Nazirlik tərəfindən qərar qəbul edilib.

Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, burada hər hansı senzuranın tətbiqindən söhbət gedə bilməz.

Mənbə: Mədəniyyət Nazirliyi

Bugün TV

Oxşar xəbərlər

“Alagöz” fərqli bir quruluşda ifa edildi

Aynur Camal

Yaşayış binasında yanğın olub – Yenilənib

Aynur Camal

2023 dovşan ili olacaq

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu