Baş xəbərMədəniyyət

Musiqili Teatrın kollektivi Mingəçevirdə  

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri davam edir. Bu dəfə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Mingəçevirdə uğurla çıxış edib.

Bugun.tv-yə bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mingəçevir Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” (tərc. D.Mustafayev) komediyası alqışlarla qarşılanıb.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda ərsəyə gələn bu tamaşada rolları Əməkdar artistlər Əkbər Əlizadə (Molla Nəsrəddin), Nahidə Orucova (Təmənna) İqrar Salamov (Qədir), aktyorlar Möylə Mirzəliyev (Qulam) Mehriban Zaliyeva (Cənnət), Ülviyyə Əliyeva (Tutu), Gülcahan Salamova (Fatma), Gülnarə Əzizova (Zibeydə), Ruslan Mürsəlov (Oğrubaşı), Fərid Rzayev (Oğru) oynayıblar.

Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır. Türk dünyasının müdriklik simvolunu özündə əks etdirən Molla Nəsrəddinin beş arvadı ilə macaraları izləyənlərə gülüş dolu xoş anlar bəxş edib.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: ABŞ-İran danışıqları dalana dirənib

Aynur Camal

Eurovision-da İsrail səhnədə olarkən “Soyqırımı dayandırın” şüarları səsləndi

Aynur Camal

El Bakuvinin yeni kitabı işıq üzü gördü – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu