36 C
Baku
20 İyul 2025, 15:23
DünyaHadisə

Musson yağışları 29 nəfərin ölümünə səbəb oldu

Bugun.tv xəbər verir ki, Banqladeş səlahiyyətliləri ölkənin cənub-şərqində təsirli olan musson yağışlarının səbəb olduğu daşqınlarda aralarında uşaqların da olduğu 29 nəfərin öldüyünü, 11 nəfərin isə itkin düşdüyünü açıqlayıb. Bölgədə baş verən daşqınların 14 milyon Banqladeş svopuna (təxminən 128 min dollar) maddi ziyan vurduğu təxmin edilir. Çittaqonq və Koks Bazar arasında sel suları səbəbindən bağlanan avtomobil yolu sular çəkilən zaman açılıb. Chattogram komissarı Abul Bashar Mohammed Fakhruzzaman da bölgədə 800 minə yaxın insanın təsirinə məruz qalan daşqınlarda 13 nəfərin öldüyünü və ən azı 9 nəfərin itkin düşdüyünü bildirib. Banqladeşdə ümumiyyətlə iyun-sentyabr aylarında müşahidə edilən musson yağışları səbəbindən hər il minlərlə insanın həyatı mənfi təsirlənir. Daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam edir.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

Amerikalı müğənni Niki Minaj üçün şok: O, saxlanılıb

Aynur Camal

Yaponiyada yeni H3 raketinin buraxılışı uğurlu oldu

Aynur Camal

Peskov Kremlin saytına kütləvi xaker hücumları barədə məlumat verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu