DünyaHadisə

Musson yağışları 80 nəfərin həyatına son qoydu

Bugun.tv xəbər verir ki, Pakistanda iyunun 25-dən bəri davam edən təsirli musson yağışları nəticəsində həyatını itirənlərin sayı 80-ə yüksəlib.

Milli Fəlakət İdarəsi Agentliyinin (NDMA) açıqlamasına görə, Pəncab, Sind və Bəlucistan əyalətlərində son 24 saat ərzində yağan güclü yağışlar nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Ümumilikdə, fəlakət və qəzalarda ölənlərin sayı 80-ə, yaralıların sayı isə 142-yə çatıb. Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.

Ötən il isə bu ölkədə musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1739 nəfər həlak olub. Daşqın fəlakətinin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Ruslar 2024-cü ildə daha çox Türkiyəyə səfər etdilər

Aynur Camal

Qəfləti ölüm zamanı Ürək-Ağciyər Reanimasiyasının (ÜAR) aparılması

Aynur Camal

Volodimir Zelenskinin xahişi rədd edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu