Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günü ilə əlaqədar paylaşım edib.
Deputat vurğulayıb ki, indi bu əlamətdar günü bütün Azərbaycan ərazisində suverenliyimizin tam bərpası ilə qeyd edirik: “artıq Azərbaycanın bütün yaşayış məntəqələrində- Xankəndində, Xocalıda, Xocavənddə və uzun müddət işğal altında qalan digər şəhərlərimizdə üçrəngli bayrağımızın dalğalanır. Müstəqilliyimiz ilə yanaşı ərazi bütövlüyümüz və suverenliyimiz də tam bərpa olunub.
Müstəqilliyimizin əbədi olması diləyi ilə bayramınız mübarək!”.
