8 C
Baku
21 Dekabr 2025, 22:50
Digər

Mütəxəssis: Yüksək temperatur zehni sağlamlığa təsir edə bilər

Bugun.tv Böyük Britaniyanın “The İndependent” nəşrinə istinadla xəbər verir ki, psixoloq Ravi Gillin sözlərinə görə, yüksək temperatur neyrotransmitter (sinirötürücü) balansını pozur, kortizol (stres hormonu) səviyyəsini artırır, yuxunu çətinləşdirir və emosional sabitliyi zəiflədir. İsti dalğalar, xüsusilə, əvvəlcədən psixi sağlamlıq problemi olan insanlarda narahatlığı, əsəbilik və gərginliyi artırır. Yuxu pozuntuları REM (yuxugörmə) yuxusunu azaldaraq emosional tənzimləməni zəiflədir, diqqət və yaddaşı pisləşdirir. Bundan əlavə, beynin qan axınının azalması, elektrolitin itirilməsi və susuzlaşma idrak funksiyalarını ləngidir. Psixoloq buna qarşı mübarizə tövsiyələri irəli sürür. Bunlar aşağıdakılardır:

– Nəmlənmə: Mütəmadi su qəbul etmək, elektrolitləri bərpa etmək;

– Yuxu mühiti: Soyuq və qaranlıq otaq, nəfəs alan yataq dəsti istifadə etmək;

– Stresin idarəolunması: Sərin saatlarda nəfəs məşqləri və yüngül hərəkətlər etmək;

– Planlama: Zehni ağır tapşırıqları səhər saatlarına salmaq, günün isti vaxtlarında fasilələr vermək. Mütəxəssis vurğulayır ki, istiliklə bağlı riskləri azaltmaq üçün fiziki və zehni sağlamlığı qorumağa yönəlmiş tədbirlərin həyata keçirilməsi vacibdir.

Bugün TV

Oxşar xəbərlər

Fo-Ti nədir?

Aynur Camal

Soyuq havalarda eyvanda tərəvəzləri necə düzgün saxlamaq olur?

Aynur Camal

Palandökenin zirvəsi ağ qara boyandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu