35 C
Baku
3 Sentyabr 2025, 14:02
Baş xəbərSosial

Mütəxəssislər tərəfindən dördgünlük təlim proqramı keçirilib

Bugun.tv xəbər verir ki, martın 6-dan 9-dək Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində (PSM) “Tədqiqat təklifləri necə yazılmalıdır” adlı dördgünlük təlim proqramı keçirilib.

Təlim Psixi Sağlamlıq Mərkəzi ilə Çikaqo Universiteti (ABŞ) arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Azərbaycanda müəssisələrdən reinteqrasiya olunmuş uşaqlar üçün qabaqlayıcı (preventiv) yanaşmaların optimallaşdırılması” adlı tədqiqat layihəsinin bir hissəsidir.

Treninqlər psixi sağlamlıq üzrə tanınmış mütəxəssislər – Harvard Universitetinin (ABŞ) uşaq psixiatrı Prof. Kerim Munir və Bahçeşəhər Universitetinin (İstanbul, Türkiyə) uşaq və yeniyetmə psixiatrı Prof. Özgür Öner tərəfindən aparılıb. Hər iki mütəxəssis uşaq psixiatriyası üzrə tədqiqat təklifləri yazmaq və tədqiqat layihələri ilə bağlı maliyyə təmin etmək sahəsində uzunmüddətli təcrübəyə malikdirlər. Tədbirdə çıxış edən Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov təlim proqramının Kerim Munir və Özgür Öner kimi psixi sağlamlıq üzrə tanınmış mütəxəssislər tərəfindən aparılmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, təlim proqramı tədqiqat təklifi yazmaq bacarıqlarını təkmilləşdirməklə bağlı maraqlı olan tədqiqatçılar, klinik psixoloqlar və psixi sağlamlıq mütəxəssisləri üçün nəzərdə tutulub. İştirakçılar uğurlu tədqiqat layihəsinin əsas elementləri, o cümlədən tədqiqat dizaynı və layihənin idarə edilməsi haqqında vacib məlumatlar əldə ediblər.

Aynur Camal

Oxşar xəbərlər

Çovğun səbəbiylə 2 çoban donmaqdan xilas edildi

Aynur Camal

“İsrail səhiyyəsi ilə əlaqələr öz töhfəsini verir”

Aynur Camal

Deputat Elnarə Akimova IV Uşaq Kitab Festivalında iştirak etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu