8 C
Baku
23 Dekabr 2024, 8:26
Baş xəbərDünya

Müvəqqəti baş nazir Qlavçev Bolqarıstanda yenidən müvəqqəti hökuməti formalaşdıracaq

Hökumət böhranının davam etdiyi Bolqarıstanda prezident Rumen Radev tərəfindən müvəqqəti kabineti bərpa etmək müvəqqəti baş nazir Dimitar Qlavçevə tapşırılıb.

Prezident Radev Rəyasət Heyətində keçirilən iclasda “Yeni müvəqqəti hökumətin əsas vəzifəsi ədalətli, dürüst və şəffaf seçkilər təşkil etmək və bu seçkilərdə baş verə biləcək hər hansı saxtakarlığın qarşısını almaq olacaq. Qoy bu, sizin prioritetiniz olsun”.

Radev, “Seçkilərdə baş verə biləcək ‘Səs alış-verişi’ və digər korrupsiya hallarının qarşısı alınmalıdır” deyib. O, Qlavçevə avqustun 26-dək vaxt verib ki, müvəqqəti kabinet təşkil etsin.

Prezident Radev bildirib ki, Qlaçevin quracağı hökumət təsdiqini alarsa, yeni növbədənkənar ümumi seçkilər oktyabrın 27-də keçirilə bilər.

Radev, müvəqqəti baş nazirliyə namizəd kimi irəli sürdüyü Hesablama Məhkəməsinin sədr müavini Qoritsa Gınçarova-Kojarevanın təqdim etdiyi kabinet layihəsini təsdiq etməyib.

Bolqarıstan seçiciləri siyasi qeyri-sabitlik səbəbindən hökumət qurula bilməyən son 3 ildə 7-ci dəfə erkən seçki üçün sandıq başına gedəcək.

Son seçkidə 34 faiz olan seçici fəallığının yeni seçkidə daha da aşağı düşəcəyi gözlənilir.

Mənbə:  TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Bilimdən Zəfərə” layihəsi bu dəfə Tovuzda 

Aynur Camal

Bu əlamətlərə görə infarktı bir gün əvvəl bilmək mümkündür

Bugün TV

Türkiyə Bir Ürək… Yardım kampaniyasına rekord ianə: 115 milyard 146 milyon 528 min TLə çatdı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu