DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə oğurluq hadisəsi ilə bağlı məlumat daxil olub. Hadisə rayonun Avşar kəndi ərazisindəki mağazaların birində baş verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. İş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilib. Keçirilən əməliyyatla oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun Yuxarı Avşar kənd sakini Aslan Xanlarov olduğu müəyyən edilib. Araşdırmalarla onun mağazadan kontur, siqaret və pul oğurladığı aşkar olunub.
Polis əməkdaşları digər əməliyyat tədbirləri də keçirib. Əməliyyat zamanı narkotik bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli olan şəxs saxlanılıb. Onun rayon sakini Vüqar Əliyev olduğu müəyyən edilib. Saxlanılan şəxsin yaşadığı ünvanda müvafiq axtarışlar aparılıb. Axtarış zamanı aqrotexniki üsulla yetişdirilən çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Ağcabədi RPŞ-də istintaq davamedir.