20 C
Baku
28 İyun 2025, 5:31
Baş xəbərKriminal

Müxtəlif şəxslərdən telefonlar oğurlayan şəxs saxlanıldı

Bugun.tv-yə DİN- dən daxil olan məlumata görə, danışmaq adı ilə müxtəlif şəxslərdən mobil telefonlar istəyən sonra isə həmin telefonları oğurlayan şəxs saxlanılıb.

O Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Fuad Soltanov olub.

Araşdırma zamanı onun telefonla danışmaq adı ilə zərərçəkənlərə yaxınlaşdığı daha sonra onların gözündən yayınaraq mobil telefonlarla birlikdə hadisə yerindən yayındığı müəyyən edilib.

Fuad Soltanovun paytaxtın bir neçə rayonunda analoji cinayətlər etdiyi müəyyən edilib. Nizami rayonunda isə o, əldə etdiyi mobil telefonlardan birində zərərçəkənə məxsus bank kartının məlumatlarından istifadə edərək 995 manat pulu da öz hesabına köçürərək oğurluq edib.

Faktla bağlı Nizami RPİ-nin 25-ci PŞ-də araşdırmalar davam etdirilir.

Fuad Soltanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Aynur Camal

Oxşar xəbərlər

Bu gün opera müğənnimizin 78 yaşı tamam olur

Aynur Camal

Qohumunun evindən oğurluq edən şəxs saxlanıldı

Kəmalə Sultan

Əziz yazar doğum gününüz mübarək!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu