9 C
Baku
23 Dekabr 2024, 4:41
Mədəniyyət

Muzeydə anım günü keçirildi

Bugun.tv xəbər verir ki, Üzeyir Hacıbəylinin ev-muzeyində Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Yenilməzdir türk dünyası” adlı tədbir keçirilib.

Muzeydən  bildirilib ki, “Aytam” Uşaq Yaradıcılıq Birliyinin rəhbər və üzvlərinin, eləcə də Bakıdakı 45 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə Xocalı faciəsi qurbanlarının, həmçinin qardaş Türkiyədəki təbii fəlakət zamanı dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov deyib ki, Xocalı faciəsi müasir tariximizin ən faciəli qan yaddaşıdır. Xocalı bizim milli faciəmizdir. O, yeniyetmələrə Azərbaycanın faciəli günlərini unutmamağı, vətənimizin daha gözəl gələcəyi üçün hər zaman daha səylə oxumağı, çalışmağı tövsiyə edib.

“Aytam” Yaradıcılıq Birliyinin rəhbəri Aygün Zamanlı, 45 nömrəli məktəbin müəllimi Səlmi Şıxəmirova çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən, xalqımızın başına gətirilən müsibətlərdən danışıblar.

Tədbirin bədii hissəsində məktəblilər müxtəlif şairlərin Xocalı faciəsinə həsr etdikləri şeirlərdən nümunələr söyləyib, “Xudayar təsnifi”ni, “Bayatı-Şiraz” muğamından bir hissəni, “Dumanlı Təbriz” tamaşasına Əfrasiyab Bədəlbəylinin bəstələdiyi mahnını dinləyiblər.

Sonda iştirakçılar məktəblilərin Xocalı faciəsinə həsr etdikləri rəsmlərdən ibarət sərgiyə baxıblar.

Nigar Məmmədova

Oxşar xəbərlər

«BTS: YET TO COME IN CINEMAS» FEVRALIN 1-DƏN «Park Cinema» KİNOTEATLARINDA

Nigar Məmmədova

Xalq artisti dünyasını dəyişdi

Nigar Məmmədova

13-cü əsrə aid 3 İbranicə kitab ələ keçirilib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu