8 C
Baku
22 Dekabr 2025, 3:02
Digər

Məcburi köçkünlərin mənzilləri satışa çıxarıldı

Bu gündən etibarən keçmiş məcburi köçkünlər üçün tikilən mənzillərin satışına başlanılıb. Prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Hazırda Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillər satılır.
Bugun.tv xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib. Mənzillərin ms.sosial.gov.az portal üzərindən onlayn satışına başlanılıb. Qeyd olunan mənzillərdən almaq istəyən şəxslərə portala daxil olmaqla mənzillərlə tanışlıq və seçim imkanı yaradılıb. “Son məlumata, əsasən 700 mənzil vətəndaşlarımız tərəfindən bron olunub. Mənzili bron edən şəxslə nazirlik arasında məbləğin tam ödənilməsiylə notarial qaydada müqavilə bağlanılır və 10 gün müddətində həmin vətəndaş mənzilə sahib olur”.
Qeyd edək ki, mənzillərin satışı 1 iyuladək davam edəcək.

Oxşar xəbərlər

Londonda karnaval öncəsi 100 nəfər saxlanılıb, onlarla silah və bıçaq ələ keçirildi

Bugün TV

Almaniyada günəş enerjisi ilə bağlı subsidiyalar azaldıla bilər

Bugün TV

Məktəbli narkotiklə tutuldu

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu