Mədəniyyət

Mədəniyyət Komitəsinin sədri tanınmış mədəniyyət işçiləri ilə görüşdü

Bugun.tv xəbər verir ki, millət vəkili , Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xalq artisti Vasif Allahverdiyev, Əməkdar artist Əli Səmədov, tanınmış memar Hüseyn Qarayev və tanınmış aktyor, rejissor Kənan MM ilə görüşüb.
Bu barədə millət vəkili facebook səhifəsində paylaşm edib. O, məclisdə baş tutan görüşün iştirakçısı olan aydınlarla, onların ictimai və yaradıcı fəaliyyətləri, “Heydər Əliyev İli”ndə, habelə “Şuşa -Türk dünyasının Mədəniyyət paytaxtı-2023” çərçivəsində həyata keçirdikləri və ya həyata keçirməyi planlaşdırdıqları ictimai-mədəni və yaradıcı fəaliyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıldığını bildirib.
Komitə sədri həmçinin 44 günlük müharibədə qazanılmış şanlı Zəfərin yaradıcılıq müstəvisində inkası, yaradıcı aydınların üzərinə düşən mənəvi məsuliyyətdən söz açıb.
O, görüş iştirakçılarının sənətdə, yaradıcılıqda uğurları, yeniliklər və yaradıcı planları ilə yaxından tanış olub, qayğılarını öyrənib, onlara uğur diləyib.
Kəmalə Sultan

Oxşar xəbərlər

“Alagöz” fərqli bir quruluşda ifa edildi

Aynur Camal

Bu qala iki illik təmirdən sonra ziyarətçilərin üzünə açılır  

Kəmalə Sultan

Nazir mədəniyyət işçiləri ilə görüş keçirib – FOTOLAR

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu