34 C
Baku
27 İyul 2025, 13:13
Baş xəbərHadisə

Məhluqə Qaramanlı: “Cəmiyyətimiz əlilliyi olanlar üçün təlimat kitabı və yol xəritəsi hazırlayacaq”

“Üç il müddətində əlilliyi olanlar üçün təlimat kitablarının, yol xəritəsinin hazırlanması və 3000 nəfər arasında paylanılması qarşımızda duran əsas məqsədlərdən biridir”. 

Bu fikirləri Bugun.tv-yə müsahibəsində “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı bildirib. O, BMT-nin Etimad Fondunun dəstəyi ilə gerçəkləşdirdikləri layihənin mahiyyətindən və görüləcək olan işlərdən danışıb. “Dövlət qurumlarının nümayəndələrini dəvət edib, təlim keçməkdə məqsədimiz onların burada öyrəndiklərini çalışdıqları müəssisələrdə öz iş yoldaşları ilə bölüşməsidir. Nə qədər çox əməkdaş məlumatlı olsa, bu cəmiyyətin inkişafına təkan vermiş olarıq. Ümumiyyətlə, bu layihədə maraqlı nüanslar çoxdu”, – o, deyib.

"Əlil Qadınlar Cəmiyyəti"İB-nin tədbiri
“Əlil Qadınlar Cəmiyyəti” İB-nin tədbiri

M.Qaramanlının sözlərinə görə, 1300 təşkilat arasında qalib olan layihə 30 mindən çox insanı maarifləndirəcək. Birliyin sədri gələcək planlardan da danışıb.

Məhluqə Qaramanlı, “Əlil Qadınlar Cəmiyyəti” İB-nin sədri

“Biz istəyirik ki, bu uğurlarımızı dövlətimiz üçün istifadə edək. Vətəndaşlarımızın, dövlət qurumlarımızda çalışanların əlilliyi olan insanlara münasibət, davranış dəyişsin. Əlilliyi olan qız və qadınların istədikləri sahədə kariyera qazanması, cəmiyyətin normal üzvünə çevrilməsinə kömək olaq. Mən əminəm ki, bu layihənin dəstəyi ilə ölkəmiz üçün çox böyük işlər görəcəyik”, –  Məhluqə Rəhimova əlavə edib.

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Qardaş ölkədə zəlzələyə görə NATO-da bayraqlar yarıya endirilib

Aynur Camal

İsrail Qəzzanın şimalındakılardan saat 20:00-a qədər ərazisini tərk etmələrini istəyib.

Bugün TV

Türkiyənin tarixi irsi olan Karahantəpə xüsusi örtüklə mühafizə olunacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu