16 C
Baku
17 Oktyabr 2025, 1:32
Sosial

Məhluqə Rəhimova: “Göygöldə əlilliyi olan 50 uşaq sosial reabilitasiya layihəsindən dəstək alır”

Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Göygöl rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi fəaliyyət göstərir.

Bugun.tv– xəbər verir ki, Göygöl rayonunda “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsini həyata keçirir. Bu barədə cəmiyyətin sədri Məhluqə Rəhimova məlumat verib.

Göygöl rayonunda sosial xidmət sahəsində mühüm addım atılıb. “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində yaradılmış Sosial Reabilitasiya Mərkəzi 2 iyul 2025-ci il tarixindən etibarən fəaliyyət göstərir.

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu sahədə uzunmüddətli təcrübəyə malik “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi öz üzərinə götürüb.

Layihənin başlıca məqsədi sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə daha dolğun şəkildə inteqrasiyası, onların sosial bacarıqlarının inkişaf etdirilməsi və mütəmadi reabilitasiya xidmətlərinə əlçatanlığın təmin olunmasıdır.

Hazırda Göygöl rayonu üzrə 50 uşaq bu proqramlara cəlb edilmişdir. Onların hər biri fərdi reabilitasiya planına əsasən psixoloji, pedaqoji və loqopedik dəstək alır.

Reabilitasiya Mərkəzi müasir yanaşma ilə fəaliyyət göstərir

Layihənin icrasına hazırlıq mərhələsində mərkəz üçün tam şərait yaradılmışdır. Burada çalışan peşəkar mütəxəssislər komandası (psixoloq, sosial işçi, pedaqoq və loqopedlər) hər bir uşağın ehtiyacına fərdi yanaşma tətbiq edir. Mərkəzdə uşaqlar üçün təhlükəsiz, inklüziv və inkişafyönlü mühit qurulmuş, dünya standartlarına cavab verən metodika ilə reabilitasiya prosesi təşkil edilmişdir.

Ailə ilə əməkdaşlıq əsas prioritetdir. Layihə çərçivəsində valideynlərlə sıx ünsiyyət, onların maarifləndirilməsi və prosesə aktiv cəlb olunması istiqamətində ardıcıl tədbirlər görülür. Uşaqların müalicə və sosiallaşma prosesinin daha səmərəli olması üçün ailələrə ev ziyarətləri təşkil olunur.

Bu görüşlər zamanı aşağıdakı fəaliyyətlər:

  • Ailə mühitinin sosial və psixoloji vəziyyəti qiymətləndirilib;
  • Uşaqların psixi və fiziki inkişaf səviyyəsi nəzərdən keçirilib;
  • Reabilitasiya ehtiyacları üzrə fərdi planlar hazırlanıb;
  • Valideynlərə mövcud sosial dəstək mexanizmləri izah edilib.

Ev ziyarətləri nəticəsində ailələrin reabilitasiya prosesinə marağı artmış, uşaqların rifahında real irəliləyiş müşahidə olunmuşdur.

Layihənin sosial təsiri və əldə edilən uğurlar

  •  Göygöl rayonunda reabilitasiya xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılıb;
  •  Ailə və uşaqların sosial müdafiə imkanları genişlənib, həyat keyfiyyəti yüksəlib;
  •  Yerli qurumlarla əməkdaşlıq daha da gücləndirilib;
  •  Sosial inklüzivlik və bərabər imkanlar prinsipi əsas tutularaq cəmiyyətin həssas təbəqəsinə nümunəvi xidmət modeli formalaşdırılıb.

 

Aynur Camal

Oxşar xəbərlər

Qazax rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya xidmətləri təşkil olundu

Bugün TV

Yetkinlik yaşına çatmayanlara tütün satanlar məsuliyyətə cəlb olunub

Teymur Əziz

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi Xaçmazda seminar təşkil etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu