Baş xəbərSosial

Məhəllə və dalanlar müasir işıqlandırma sistemi ilə təmin edildi- FOTOLAR

Bugun.tv– xəbər verir ki, İsmayıllıda ən qısa zamanda bütün məhəllə və dalanlar müasir işıqlandırma sistemi ilə təmin ediləcək.

Həmçinin qeyd edək ki, Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, İsmayıllı rayonunda genişmiqyaslı abadlıq və yenidənqurma tədbirləri çərçivəsində işıqlandırma infrastrukturunun yenilənməsi istiqamətində ciddi addımlar atılır.

Hazırda rayonun əsas prospektləri, mərkəzi küçələr və əsas nəqliyyat yolları müasir işıqlandırma sistemi ilə təmin edilib. Eyni zamanda, məhəllədaxili küçələr, dar keçidlər və yaşayış massivlərində işıqlandırma işləri mərhələli şəkildə davam etdirilir.

Həyata keçirilən bu tədbirlərin əsas məqsədi İsmayıllı ərazisində bütün məhəllə və dalanların ən qısa zamanda tam işıqlandırılmasını təmin etməkdir.

Yeni işıq sistemləri əhalinin təhlükəsizliyi, rahatlığı və ümumi yaşayış mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Müxbir: Səbinə Mehdiqızı

Bugün TV

Oxşar xəbərlər

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

TƏBİB-də əməkhaqqı islahatları tibbi xidmətlərin keyfiyyətinə necə təsir edəcək?

Aynur Camal

Ankarada Türk Dövlətləri Autizm Federasiyasının növbəti tədbiri keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu