Məhəmməd Əsədullazadə, Azərbaycan, milli birlik, etnik bölücülük, mədəni bölücülük, Rusiya, İran, siyasi ekspert
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Azərbaycanda mədəni və etnik bölücülük cəhdlərinə qarşı sərt mövqe ifadə edib. O, bu barədə Facebook səhifəsində paylaşdığı açıqlamada bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycanda insanların milliyyətindən və dinindən asılı olmayaraq vahid dövlətin vətəndaşları olduğunu vurğulayıb. O, xarici qüvvələrin təsiri ilə yaradıldığını iddia etdiyi bölücü ideyaların Azərbaycanda təbliğ edilməsinə qarşı çıxıb.

“Azərbaycanda milliyyətindən və dinindən asılı olmayaraq hamımız bir ölkənin vətəndaşıyıq. Heç kimə haqq verilmir ki, Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan öz əski parçalarını reklam etsin”, – deyə Əsədullazadə yazıb.

O qeyd edib ki, Azərbaycanın 1990–1993-cü illərdə ən ağır dövründə ölkəni parçalamaq mümkün olmayıbsa, indiki daha güclü vəziyyətdə belə cəhdlərin uğur qazanması mümkün deyil. Ekspert Azərbaycanda yaşayan şəxsləri mədəni və etnik bölücülük ideyalarından uzaq durmağa çağırıb.

Əsədullazadə hesab edir ki, ölkənin birlik və bütövlüyünün qorunması əsas prioritetlərdən biri olmalıdır.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Trampın Putinlə razılaşmaları Ukraynaya təzyiqləri artıra bilər

Aynur Camal

Media Tədris Mərkəzində tələbələr üçün multimedia və aparıcılıq təlimi keçirildi

Aynur Camal

Bu gün TV: Firuzə Babayevanın 60 illik yubileyi qeyd olundu

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu