6 C
Baku
25 Fevral 2026, 0:19
Siyasət

Məhəmməd Əsədullazadə: “Ukraynanın müqaviməti Rusiyanı maksimalist şərtlərindən geri çəkilməyə məcbur edir”

NATO müdafiə xərcləri, Rusiya-Ukrayna müharibəsi, Avropa təhlükəsizlik, büdcə artımı, müdafiə strategiyası

Bugun.tv-yə daxil olan məlumata görə, siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dörd ili ilə bağlı geniş təhlil paylaşıb.

Ekspert qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə növbəti dəfə Cenevrə şəhərində Rusiya–Ukrayna danışıqlarının keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu görüşlər Ukraynanın cəbhə xəttində müəyyən irəliləyişlər əldə etdiyi mərhələyə təsadüf edir. İndiyə qədər baş tutan danışıqlar əsasən Vladimir Putinin qeyri-konstruktiv və maksimalist mövqeyi səbəbindən nəticəsiz qalıb.

Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-ın təklif etdiyi variant iyun ayına qədər tərəflər arasında müharibəyə son qoyacaq sənədin imzalanmasını nəzərdə tutur. Vaşinqton Rusiyanın danışıqlarda vaxt udmağa çalışdığını düşünür və bu səbəbdən Ukraynanın mövqeyini gücləndirmək üçün ona ATACMS raketləri və digər hücum xarakterli silah sistemləri göndərib. O vurğulayıb ki, Ukrayna həmin raketlərlə Donetsk istiqamətində uğurlu zərbələr endirir.

Ekspertin sözlərinə görə, müharibənin dörd ili ərzində Rusiya qarşıya qoyduğu əsas siyasi və hərbi hədəflərə nail ola bilməyib. Bundan sonra Ukraynada geniş ərazilərin işğalı real görünmür. Əksinə, Ukraynanın müqaviməti və Qərbin hərbi dəstəyi Rusiyanın mövqelərini zəiflədib.

Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ-da daxili siyasi amillər də Ukraynaya dəstəyə təsir göstərir. Onun fikrincə, Donald Trumpın Konqresə aralıq seçkilər ərəfəsində mövqeyini gücləndirmək üçün Ukraynaya hərbi yardımı artırması istisna deyil. Ukrayna Böyük Britaniya və Avropa İttifaqının dəstəyi ilə ərazi güzəştinə getmir və Vaşinqtonun məqsədi danışıqlar masasında Rusiyanı geri addım atmağa məcbur etməkdir.

Ekspert xatırladıb ki, Rusiya əvvəlki mərhələlərdə Volodimir Zelenskini legitim prezident kimi tanımır, Ukraynanın beş regionunun ilhaqının qəbulunu, Ukrayna ordusuna məhdudiyyətlər qoyulmasını və Kiyevdə hakimiyyət dəyişikliyini tələb edirdi. Hazırda isə əsas şərt kimi Donbas məsələsini önə çəkir. Ukrayna buna da razılaşmır.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Qara dənizdə Rusiya donanması ciddi zərbələr alıb, Ukraynanın hava məkanında isə Rusiya qırıcılarının fəaliyyəti məhdudlaşıb. Mövcud reallıqlar fonunda növbəti Cenevrə danışıqlarının asan nəticə verəcəyi inandırıcı görünmür. Onun qənaətinə görə, Rusiya müəyyən mərhələdə təmas xətti boyunca atəşkəsə razılaşmağa məcbur qala bilər.

Milli cəbhə partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Gürcüstan və Rusiya Ermənistana təzyiq mexanizmlərini gücləndirir

Aynur Camal

“Cenevrə görüşündən nəticə çıxmasa, müharibə qaçınılmazdır” – politoloq

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu