28 C
Baku
20 İyul 2025, 23:07
Baş xəbərHadisə

Məktəbdə 9 yaşlı uşağa polis zorakılıqla müdaxilə etdi

Bugun.tv xəbər verir ki, Belçikada polis 9 yaşlı uşağın məktəbdə çətinlik çəkdiyini əsas gətirərək əllərini arxasına bağlayıb yerə yıxaraq müdaxilə edib. Ana, oğlunu götürmək üçün məktəbdən təcili zəng aldığını və getdiyi zaman söz mövzusu müdaxilə ilə qarşılaşdığını ifadə edərək, “Görc Floydun şəkli ağlıma gəldi” dedi. Oğlunun bir tələbə tərəfindən irqçi təhqirlərə məruz qaldığı üçün əsəb böhranı keçirdiyini və tələbənin oğluna “çirkli qara” dediyini izah edən ana bunun bir həftə ərzində ikinci dəfə olduğunu, başqa bir şagirdin də eyni sözdən istifadə etdiyini bildirib. Digər tərəfdən, bölgədən məsul polis məmuru məktəbin onları çağırdığını və “Biz sadəcə məktəblərə getmirik. Uşaq çətinlik çəkirdi və anası zənglərə cavab vermədi” dedi. Videoda danışan polis bildirib ki, oğlan onlara nəsə atdıqdan və əl hərəkəti etdikdən sonra yerə yıxılıb. Uşağın anasının şikayəti əsasında araşdırma başlanılıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Baş Prokurorluq zavodda 5 nəfərin ölümü ilə bağlı məlumat yaydı

Aynur Camal

Yenidən prezident seçilən Ərdoğan bu gün and içəcək

Nigar Məmmədova

Geosiyasi harmoniya: Azərbaycan və Çinin paralel strateji yolu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu