33 C
Baku
20 İyul 2025, 19:36
Baş xəbər

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Bugun.tv xəbər verir ki, 8-13 may 2023-cü il tarixlərində Türkiyənin Antalya şəhərində 40-cı Balkan Riyaziyyat Olimpiadası təşkil edilib.

6 məktəbli ilə təmsil olunan komandamız sözügedən yarışda uğurla çıxış edərək 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 2 medal və 3 həvəsləndirici mükafat qazanıb.

Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Cəlil Hüseynov gümüş, həmin liseyin XI sinif şagirdi Fidan Qarayeva isə bürünc medal qazanıblar.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Səid Bəkirov, Ömər Qədimli və Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin 10-cu sinif şagirdi Telman Məmmədov isə olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüblər.

Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 17 gümüş və 36 bürünc medal qazanıblar.

Mənbə: Elm və Təhsil Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Rusiya və Türkiyə prezidentləri görüşəcək

Bugün TV

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib

Bugün TV

Meşə yanğını oldu: Müdaxilə davam edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu