20 C
Baku
12 Sentyabr 2025, 15:44
Mədəniyyət

Məktəblilərin rəsm sərgisi keçirilib

Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə Təsviri İncəsənət fənn müəllimi Ramilə Allahyarovanın təşkilatçılığı ilə sərgi təşkil olunub.

Bugun.tv xəbər verir ki, Heydər Əliyevin 100 illiyinə həsr edilən “Rəsm zamanın aynasıdır” adlı tədbir istedadlı şagirdləri üzə çıxarmaq və stimullaşdırılması məqsədi daşıyıb.

Tədbirdə məktəbin direktoru Fəxriyyə Hüseynova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Yaydagül Rəhimova, Uşaq və Yeniyetmələrə Dəstək (UYD) ictimai birliyinin sədri Fərhad Abdulov, müəllimlər və valideynlər iştirak ediblər.

İştirakçılar şagirdlərin əl işlərinə baxış keçirib, onların fərqli mövzularda çəkdikləri rəsmlər haqqında müzakirələr aparıblar. Təbdir şagirdlərin ifasında rəqslər, mahnılarla  davam etdirilib.

Çıxış edən qonaqlar bu kimi incəsənət fəaliyyətlərinin şagirdlərin yaradıcı və tənqidi təfəkkürünün inkişafına müsbət təsirindən danışıblar. Daha sonra şagirdlər Fəxri Fərmanla təltif olunublar.

Sonda xatirə fotosu çəkdiriblər.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Tələ-Təbdil

Aynur Əfəndi Zadə

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri ADA Universitetində – FOTOLAR

Aynur Camal

Səhnəmizin ilk balerinasının anım günüdür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu