16 C
Baku
17 Oktyabr 2025, 6:48
Hadisə

Məktəblinin telefonu əlində partladı

Bugun.tv xəbər verir ki, Novqorod vilayətinin Boroviçi şəhərindən olan məktəblinin əlində cib telefonu partlayıb. Bu barədə “Komsomolskaya Pravda” şəhər administrasiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Yeniyetmə ağır bədən xəsarətləri alıb və Boroviçi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib”, – meriyanın məlumatında deyilib. Şəhər administrasiyası qeyd edib ki, xəsarətlərə səbəb uşağın yatarkən əlindəki qurğunun partlaması olub.

Meriya rusiyalıları smartfonlardan istifadə edərkən təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb. Vanna otağında cihazlardan istifadə etməyin, əgər onlar həddindən artıq qızarsa, onları elektrik şəbəkəsindən ayırın.

Bundan əvvəl İrkutsk vilayətində məktəbli qızın əlində telefonun şarj cihazı partlayıb. Qız telefonu şarj edərkən onlayn oyun oynayıb. Partlayışdan sonra uşağın ailəsi qızın qan içində yerdə uzandığını görüblər. Onun başı, döş qəfəsi, qarın nahiyəsi və ayaqları kəsilmiş-deşilmiş xəsarətlər alıb.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

Metal sexdə baş verən partlayış nəticəsində 8 işçi öldü

Bugün TV

13 yaşlı qızı özündən 24 yaş böyük kişiyə nişanladılar-VİDEO

Bugün TV

FETÖ-çü qaçaq məhkum tutuldu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu