29 C
Baku
28 İyun 2025, 19:56
Dünya

Məktəbə hücum edildi: Ən azı 29 nəfər öldü

İsrail köçkünlərin Nuseyrat Qaçqınlar Düşərgəsində sığındıqları məktəbi bombalaması nəticəsində azı 29 nəfər həlak olub.

İsrail daha bir qətliam törədib. Bu dəfə minlərlə köçkünün sığındığı Qəzzanın mərkəzi hissələrindəki Nuseyratdakı Əl-Sərdi məktəbini hədəf alıb.

Hücum nəticəsində azı 29 nəfər ölüb, onlarla insan yaralanıb. Ölənlər arasında qadın və uşaqların da olduğu öyrənilib.

Dağıntıların çıxarılması və xilasetmə işləri davam edərkən, hücumda həyatını itirən fələstinlilərin sayının önümüzdəki saatlarda artacağı qorxusu var.

Mənbə: TGRT

İntizar Əmirova

Oxşar xəbərlər

Milyonlarla termos geri çağırılır! Məşhur brenddən flaş qərar: Onlarla insan yaralanıb

Aynur Camal

Astronavt skafandrda düzgün asqırmağın sirrini açdı

Aynur Camal

Analar üçün ömürlük vergi azadlığı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu