ABŞ-da cari ilin əvvəlindən bu yana silahlı şiddət nəticəsində həyatını itirənlərin sayı 10 mini keçib.
Bugun.tv xəbər verir ki, bu barədə ölkədə baş verən silahlı şiddət hadisələrini arxivləşdirən Silah Şiddəti Arxivi məlumat yayıb.
Bildirilir ki, odlu silahdan intihar zamanı 5742, qətllə bağlı 4260 insan ölüb. 7519 nəfər isə qəsdən və ehtiyatsızlıqdan yaralanıb.
Həmin hadisələrdə 0-11, 59 və 12-17 yaşlı 345 uşağın odlu silahdan istifadə edilməsi nəticəsində həyatını itirdiyi qeydə alınıb.
Amerika prezidenti Co Bayden hücum silahlarının satışını qadağan edən qanunvericiliyin olmamasına görə ABŞ Konqresinin məsuliyyət daşıdığını bildirib.
Qeyd edək ki, Tennessi ştatında Naşvil şəhərində məktəbdə 3 uşaq daxil olmaqla, 6 nəfərin həyatına son qoyan atışma baş verib. Co Baydenin göstərişi ilə başda Ağ Ev olmaqla, Konqres binası və Vaşinqton Anıtı üzərindəki bayraqların yarıya qədər endirilib.
Həmçinin, martın 31-də gün batana qədər ABŞ-ın bütün hərbi qarnizonlarında və donanma gəmilərində, ictimai binalarda bayraqlar yarıya endiriləcək.
Polis üzərində 2 uzun lüləli silah və tapança olan hücumçunun hadisə yerində öldürüldüyünü bildirib. Onun həmin məktəbin məzunu 28 yaşlı Audrey Elizabet Hale adlı qadın olduğu deyilir.