19 C
Baku
23 Oktyabr 2025, 10:37
Baş xəbərSiyasət

“Mən bu dövləti tamamilə məhv edəcəm” – TRAMPDAN ŞOK İDDİA

Bugun.tv xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə yenidən vəzifəyə başlayacağı təqdirdə dövləti tamamilə məhv edəcəyini və prezident Co Baydenə qarşı cinayət ittihamları irəli sürəcəyini bəyan edib.

2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Baydenə qarşı irəli sürülən cinayət iddialarından əl çəkməyəcəyini vurğulayan Tramp, “ABŞ tarixinin ən korrupsiyalaşmış prezidenti Bayden və ailəsinə xüsusi prokuror təyin edəcəyəm”, – deyib. Çıxışında ölkənin seçki və sərhəd siyasətlərinə xələl gətirdiyini iddia etdiyi şəxslərin də cavab verəcəyinə işarə edən Tramp, “Yenidən seçildiyim zaman başqa çarəmiz qalmayacaq. Dərin dövləti tamamilə məhv edəcəyəm”, – ifadəsini işlədib.

Keçmiş prezident Tramp ona qarşı aparılan təhqiqatları “ölkə tarixindəki ən iyrənc və ən pis təqib” adlandırıb və onların “siyasi motivli” olduğunu iddia edib.

Mənbə: TRT Haber

 

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Aprelin 21-də gözlənilən hava şəraiti

Aynur Camal

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Aynur Camal

İtaliya sahillərində qayığın batması nəticəsində azı 20 miqrant öldü

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu