28 C
Baku
10 Sentyabr 2025, 15:49
Baş xəbərHadisə

Mənzildə çıxan yanğında 20 adam tüstüdən təsirləndi

Bugun.tv xəbər verir ki, Adananın mərkəz Seyhan rayonunda bir mənzildə baş verən yanğında tüstüdən zərər çəkən 20 nəfər xəstəxanaya yerləşdirilib. Xəbər verildikdən sonra hadisə yerinə polis, yanğınsöndürənlər və sağlamlıq qrupları sövq edilib. Binada güclü tüstüdən mənzillərində sıxılmış vəziyyətdə qalanlar səbətli yanğınsöndürən tərəfindən xilas edilib. İti ilə birlikdə qapalı vəziyyətdə qalan qadın yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Qadın daha sonra itini qucaqlayaraq ağlayıb. Qrupların müdaxiləsi ilə söndürülən yanğın zamanı tüstüdən təsirlənən 20 nəfər təcili yardımla ətrafdakı xəstəxanalara aparılıb. Həmin şəxslərin səhhətlərinin yaxşı olduğu öyrənilib.

TRT Haberin məlumatına görə, yanğından zirzəmiyə ziyan dəyib, yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə götürülüb.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

İranda Almaniya vətəndaşlarının həbs olunma riski var

Aynur Camal

Məşhur futbolçu karyerasını bitirdi

Kəmalə Sultan

İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım tədbirləri davam edir-FOTOLAR

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu