“Səbail Rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin binasında Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin icazəsi ilə Gülnarə Məhəmməd qızının şeirlərindən ibarət “Mənə sevməyi öyrət” adlı ilk kitabı oxucularına təqdim olunub. Gülnarə xanım çoxuşaqlı ailədə böyüyüb. Onun ilk oxucuları elə onun ailə üzvləri, bacıları, doğmaları olub. Üç övlad anası olan şairə 4-cü sinifdə oxuyandan şeir yazıb. O öz müsahibəsində bildirib ki, əsasən şeirlərini başqa insanların enişli-yoxuşlu həyatlarından təsirlənərək yazır.
Sözügedən bu yeni şeirlər toplusu Gülnarə Məhəmmədqızının ilk kitabı olsa da, oxucular artıq şairəni sosial şəbəkələrdəki paylaşımlarından tanıyıb sevirlər”.
Bugun.tv xəbər verir ki, bu barədə məlumatı saytımıza bədii qiraət ustası, həvəskar şair, aparıcı, peşəkar klipmeyker, fotoqraf həmçinin Vətən müharibəsi veteranı və hərbi mütəxəssis Cəbrayıl Qənbər verib:
Ürək sevgi xəritəsidir axı,
Onunla mən bu dünyanı ölçürəm.
Sevsən də, lap sevməsən də sevgilim
Axı səni, sevə sevə ölürəm…
Günəş olub, könlümə nur saçırsan
Səhərləri gözlərimdə açırsan
Ürəyimdən çıxıb hara qaçırsan?!
Axı səni, sevə sevə ölürəm…
Bu gözəl şeirləri sosial platformalarda elə oxuculara sevdirən də bədii qiraət ustası, həvəskar şair, Vətən müharibəsi veteranı və hərbi mütəxəssis Cəbrayıl Qənbər olub. Onu da qeyd edək ki, O xüsusi qonaq kimi tədbirdə iştirak edib və şairənin şeirlərini səsləndirilməsində köməklik göstərib.
Tədbirdə həmçinin qeyd olundu ki, Nərimanov rayon Mərkəzi Kitabxanasının informasiya texnologiyaları üzrə mütəxəssisi, hörmətli şairə və dəyərli insan, bir neçə kitab müəllifi Səidə xanım Əşrəfqızı tərəfindən irəli atılan layihə əsasında həyata keçirilib.
Tədbirin keçirilməsinə şərait yaradan, öz fəaliyyətlərinə və göstərdikləri xüsusi qayğılarla, diqqətə görə Səbail Rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru, Laçın dəhlizində döyüş yoldaşlarını xilas edərək şəhid olan polkovnik – leytenant Vidadi Xəlilovun həyat yoldaşı Nərmin xanım Xəlilovaya, tədbirin aparıcısı, Metodika və Biblioqrafiya şöbəsinin müdiri Babaşova Şəbnəm Hikmət qızına, İnformasiya resurs şöbəsinin müdiri Əsədova Ramilə xanıma, həmçinin Səbail Rayon MSK-nın direktor müavini Könül Vəliyevaya təşəkkür edilib.