“Yaxın gələcəkdə bölgə üçün şərəfli tapşırığım və məqsədim 2-3 mm-lik xərçəng hüceyrələrini insan orqanizmində zamanında yox, zamanından tez tapmaqdır. Bu da öz növbəsində elmə və elmli şəxslərə olan böyük etimadın nümunəsidir”.
Bugun.tv xəbər verir ki, bu sözləri Almaniyada yaşayan, çalışan azərbaycanlı həkim-neyrocərrah Nuran Abdullayev öz Facebook səhifəsindəki paylaşımında yazıb. O, Münhen şəhərində xərçəng xəstəliyinin diaqnostikasının müasir texnologiya və innovativ üsullarla inkişafına dair tədbirdə iştirak etdiyini vurğulayıb. “600 min əhalisi olan Reyn-Siq bölgəsinin ən potensiallı diaqnostik mərkəzinin rəhbəri kimi bu elmi tədbirə qatıldım. Bölgə üçün önəmli görüşlər keçirdim, vacib planlar quruldu və mühüm qərarlar verdik”, – həkim N.Abdullayev əlavə edib.
