15 C
Baku
24 Oktyabr 2025, 3:49
HadisəMədəniyyət

Məşhur müğənni vəfat etdi

Bugun.tv xəbər verir ki, İslamı qəbul etdikdən sonra Şüheda Davitt adını alan Sinead O’Connor kimi tanınan məşhur irlandiyalı qadın müğənni 56 yaşında vəfat edib.

BBC-nin xəbərinə görə, ölüm xəbərini Şüheda Davittin ailəsi bildirib.

Açıqlamada, 56 yaşlı Davittin ailəsi və dostlarının bundan dərin kədərləndikləri qeyd olunub.

90-cı illərdə “Nothing Compares 2 U” mahnısı ilə dünya şöhrəti qazanan və solo albomları ilə yanaşı xeyriyyə konsertləri ilə də adını məşhurlaşdıran Davitt indiyədək 10 albom çıxarıb.

2018-ci ildə İslamı qəbul etdiyini açıqlayan Davitt, “Müsəlman olduğum üçün fəxr edirəm. Bu, hər bir ağıllı ilahiyyatçının təbii qənaətidir. Bütün müqəddəs kitablar bizi İslama aparır”, – deyib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Narkotik əməliyyatı: 40 şəxs nəzarətə alındı

İntizar Əmirova

20 metrlik çinar yıxıldı, prospekt bağlandı – FOTO

Bugün TV

“Fırtına” xəbərdarlığı oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu