18 C
Baku
14 Noyabr 2025, 16:48
Kriminal

Nərimanov rayonunda üzərlərində “Makarov” və 3 kiloqram narkotik vasitə olan şəxslər saxlanılıblar

Bugun.tv xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir həyata keçirilib. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Fərid Əliyev saxlanılıb. Onun üzərindən 3 kiloqram marixuana aşkar edilib.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən Eyvaz Ələsgərov da saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 7 ədəd patron və daraq aşkar edilib.

Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında apardıqları profilaktik söhbətlərlə ümumilikdə 11 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. Əlavə tədbirlər zamanı istintaq orqanları tərəfindən axtarışda olan 11, mülki axtarışda olan 32 şəxs müəyyən edilib. Barələrində qanunauyğun tədbirlər görülüb.

 

Aynur Camal

Oxşar xəbərlər

Kənd sakini ov tüfəngi ilə qətlə yetirildi

Kəmalə Sultan

Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanıldı

Kəmalə Sultan

Tikinti şirkətindən oğurluq edən saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu