22 C
Baku
9 Sentyabr 2025, 2:22
Mədəniyyət

Nə hava çalırlar oynayırıq….

Dünyanın qəribə işləri var. On- on beş modelyer milyardlarla adəm övladlarını istədikləri kimi soyundurur, istədikləri kimi geyindirirlər, ürəkləri istəyəndə qadınların ətəklərini çıxartdırıb, şalvar geyindirirlər. Sonradan fikirlərini dəyişib, şalvarı çıxartdırıb, şortik geyindirirlər. Bir də görürsən köynəklərini qisaltdırıb, göbəklərini bayırda qoydururlar. Bu hələ harasıdır? Saçlarını min bir rəngə boyatdırlar, gah qisaldıb, gah uzatdırırlar. Dırnaqarlarını pişik dırnağı kimi uzatdırırlar. Dik daban ayaqqabını çıxartdırıb, yastı daban geyindirirlər. Nə hava çalırlar adəm övladları oynayırlar. Yadımdan çıxmışdı, onların çaldığı havaya kişilər də oynayırlar. Bığ saxlamayan kişilər, indi hamı bığ, saqqal saxlayır. Bəla orasındadır ki, mavilər də bığ, saqqal saxlayırlar. Saqqalı ələ verəndə belə olur. Belə getsə, on- on beş modelyer bizi Adəm babamızın dövrünə qaytaracaq . Hərəmizə bir əncir yarpağı taxacaqlar. Eh, adəm övladı heç vaxt öz havasını oynamadı, nəticəsi də göz qabağında.

Əhməd Orucoğlu

Bugün TV

Oxşar xəbərlər

“Ortaq miras sadəcə keçmişin izi deyil”

Aynur Camal

Azərbaycan mədəniyyətinə ağır itki üz verdi

Aynur Camal

Tərlan Novxanı Özbəkistanda klip çəkdirdi – EKSKLÜZİV AÇIQLAMA

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu