20 C
Baku
28 İyun 2025, 5:49
Baş xəbərKriminal

Nəqliyyat vasitəsi idarə edən sürücü cərimə olundu

Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tvyə verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Ramiq Musayevin narkotik vasitə və ya psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən R.Musayevin marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və o, 500 manat məbləğində cərimə olunub.

Aynur Camal

Oxşar xəbərlər

Deputatdan yağışların yaratdığı vəziyyət barədə açıqlama: “Ölkəmizdə çəkilən yollar ən keyfiyyətli yollar sırasındadır”

Aynur Camal

2024/2025 soyuq mövsümü üçün əsas rənglər hansılardır?

Aynur Camal

İranda dayandırılmış uçuşlar bərpa edilib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu