19 C
Baku
8 Sentyabr 2024, 3:56
Baş xəbərKriminal

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxslər saxlanıldı

Bugun.tv xəbər verir, Türkan qəsəbəsindəki çimərlikdən “Ford” markalı avtomobilin qaçırılması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə məlumat daxil olub.

Hadisə ilə bağlı Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Axtarış nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs Maştağa qəsəbəsi ərazisində avtomobillə saxlanılıb. Onun Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş Mütəllim Məmmədov olduğu müəyyən edilib.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Daha bir avtomobil oğurlanması hadisəsi olub. Bele ki Naxçıvan şəhəri ərazisindən “Audi” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Naxçıvan ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalarlar aparılıb. Araşdırma zamanı avtomobilin şəhər sakinləri Rəhman Həsənov və bir yeniyetmə tərəfindən qaçırılması aşkarlanıb. Daha sonra maşını darə edilərkən “QAZ-3110” markalı avtomobilə vurulması müəyyən olunub.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Həsənov və həmin yeniyetmə saxlanılıblar. Araşdırma aparılır.

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Binəqədi qəsəbəsi ərazisindən Bakı şəhər sakini İ.Xəlilinin “Tufan M50” markalı motosikletini oğurlamaqda şübhəli bilinən bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Fabrikin azot turşusu çəni partladı

Bugün TV

Tanınmış aparıcı energetiklərə təlim keçib

Kəmalə Sultan

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu