Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10-yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirli bilinən İlkin Süleymanov hakim qarşısında son sözünü deyib.
Bugun.tv-yə daxil olan məlumata görə, Dadaş İmanovun sədirliyi ilə keçirilən məhkəmə prosesində İlkin Süleymanov cinayətdə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, ona qarşı irəli sürülən ittihamlar əsassızdır və cinayəti törətməyib. İ.Süleymanov bildirib ki, hadisədə o ancaq şahid olub. Beləki, 6-yanvae tarixində 19-30 radələrində Nərmin Quliyevanın meyidinin yanmış vəziyyətdə görüb. Məhz bundan sonra ona qarşı əsassız ittihamlar irəli sürülüb, ibtidai istintaq zamanı şiddətə məruz qalıb. İ. Süleymanova hakimə ağır işgəncələr altında törətmədiyi cinayəti məcburən etiraf etməli olduğunu bildirib.
“Mənə qarşı ağır işgəncələr verilib. Hansı ki, bu işgəncələrə kimsə dözə bilməzdi. Sonra məni yaxınlarımla hədələdilər.Cinaytdən xəbərsiz olduğumdan ifadə verən vaxtı tərəddüdlər yaşamışam. Mənə ifadəyə qol çəkməyimi tələb ediblər. Əks təqdirdə yaxınlarımı da şərləyərək həbs edəcəkləri bildirilib.İfadələrimi hadisə yerində kamera qarşısında verdiyim zaman nə deyəcəyimi bilmirdim. Ekspertizanın rəyləri də göstərir ki, mən günahsızam və cinayət məqsədli şəkildə üstümə atılıb. Ekspertlər təsdiq edə bilərlər mənim üzərimdə zorakılıq izləri olub. Mənə qısa deyildi ki, bizə “qurban” lazımdır” -deyə İ.Süleymanov bildirib.
İlkin Süleymanovun çıxışı təxminən 40 dəqiqə çəkib. Məhkəmə prosesi 5-iyun tarixinə saat 10 təyin olunub. Böyük ehtimalla hakim hökm oxuyacaq.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.