30 C
Baku
28 İyun 2025, 15:10
DünyaSiyasət

“N. Paşinyan dövlət çevrilişinə cəhd olduğunu bəyan etdi”

“Ermənistan Baş naziri Nikol Paşinyan Kilsə və müxalifətin dövlət çevrilişi hazırladığını bəyan edib. Ötən il Tavuş Hərakatını yaradıb, etiraz aksiyası keçirən Baqrat Qalatsyanı dövlət çevrilişi cəhdi ilə saxlanıldı. Bu, həbslər artıq Erməni Apostol Kilsəsinin Baş Keşişi İkici Qaregini hədəfə alacaq. Bununla N. Paşinyan seçki öncəsi, əsas müxalifət olan Kilsəni neytrallaşdırmağa çalışır” deyə siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında yazıb.

Siyasətçi vurğulayıb ki, N. Paşinyanın dövlət çevrilişinə cəhddə ikici Qaregeni iddiham etməsi istisna deyil. Göründüyü kimi, N. Paşinyan həm Azərbaycanla sülhə mane olan, həmdə seçki öncəsi ona qarşı formalaşan müxalifət koalisiyasını dağıdır.

Təbii ki, Erməni Apostol Kilsəsi erməni silahlı ideologiyasının əsas mərkəzi olub. Kilsənin N.Paşinyana qarşı silahlı dövlət çevrilişinə hazırlaması istisna deyil. Təbii ki, baş nazir sakit oturub, revanşist qrupların güclənməsinə və Baqramyan küçəsində ona edam kürsüsün hazırlanmasına seyrçi qala bilməzdi.

Bir müddət əvvəl “Taşir” şirkətlər qrupunun rəhbəri Karapetyanin Rusiyadan Ermənistana gəlib, kilsəyə dəstək verməsi, dövlət çevrilişinin bir ucu ona bağlana bilər. Bu da prosesin içində Rusiyanın olacağı qənaəti formalaşa bilər.

Qeyd edim ki, revanşist qrup təkcə Azərbaycana deyil. Məhz N. Paşinyana kilsə və müxalifət revanşist ehval- ruhiyyədədir. Həyata keçirilən bu həbslərlə N. Paşinyan Kilsənin xalq qarşısında nüfuzuna zərbə vurmağa və ikinci Qaregini istefaya məcbur etmək istəyir. Proseslərin N. Paşinyanın xeyrinə dəyişəcəyi gözlənilir.

Məhəmməd Əsədullazadə Milli Cəbhə partiyasının başqanın müavini

Aynur Camal

Oxşar xəbərlər

Siyasi partiyaların hesab açması qadağan edilir

Aynur Camal

Əliyev və Putin Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

Aynur Camal

Baydendən İsrailə Fələstin xəbərdarlığı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu