Baş xəbərHadisə

Nabranda su polisi qanunsuz balıq ovuna qarşı tədbir keçirib

Bugun.tv xəbər verir ki, su nəqliyyatında polis idarəsinin Xaçmaz xətt polis bölməsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Xəzər dənizi və bir neçə çay boyunca quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.

Vaxtaşırı olaraq keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir.

Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Deputat fitrə zəkatının verilmə qaydası və vaxtını açıqladı

Aynur Camal

Deputat Qədir gecəsinin vaxtı ilə bağlı paylaşım edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu