29 C
Baku
28 İyun 2025, 20:10
Baş xəbərKriminal

Naftalanda narkotik yetişdirən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Qaşaltı-Qaraqoyunlu kənd sakini, əvvəllər məhkum olunmuş İlyas İsgəndərovun kənd ərazisindəki sahibsiz ərazidə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə aşkarlanaraq götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadə məqsədilə əkdiyini etiraf edib. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir

Kəmalə Sultan

Oxşar xəbərlər

2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi yad edilir

Aynur Camal

XİN Ann-Kler Lejandrın əsassız bəyanatına sərt cavab verdi

Aynur Camal

Fatma Yıldırım seçicilərlə görüşdü – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu