Digər

Namaz qılmayan şəxs oruc tuta bilərmi?

“Zaman-zaman ən çox müzakirə olunan və sual verilən mövzulardan biri də namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır. İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edir. Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur”.

Bugun.tv xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov öz Facebook hesabında qeyd edib.

“Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə namaz qılmayan şəxsin oruc tutmasında heç bir problem yoxdur. Bəlkə də bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa da başlayacaq. Ona görə daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək. Allah bütün dua və ibadətləri qəbul etsin!”,- deputat bildirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

İstanbulun yenidən qurulması layihəsinə start verildi

Teymur Əziz

Çinin Şandun əyalətində 5,5 bal gücündə zəlzələ baş verib

Kəmalə Sultan

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti imtahanlar keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu