16 C
Baku
24 Oktyabr 2025, 7:36
Baş xəbərKriminal

Naməlum kişi meyiti tapıldı – KİMLİYİ ARAŞDIRILIR

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bugun.tv– yə naməlum meyitlə bağlı məlumat verib.

Onun sözlərinə görə, naməlum meyit Ağstafa Rayon Polis Şöbəsinə Kür çayının Ağstafa rayonun Poylu qəsəbəsi hissəsindəki adacıqda tapılıb.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, çay suyunun çəkilməsi nəticəsində naməlum kişi meyiti üzə çıxıb. Naməlum kişi meyitin əlamətləri belədir: boyu 165 sm-dir, yaş 45-55 aralığındadır, üzərində zorakılıq əlamətləri yoxdur, boğazında mənzil açarı var.

Naməlum şəxs barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, 0222252552, 0505834102 telefon nömrələrinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur.

Bugün TV

Oxşar xəbərlər

FETÖ-çü qaçaq məhkum tutuldu

İntizar Əmirova

Prezident İlham Əliyev Putinə başsağlığı verdi

Bugün TV

Məhluqə Qaramanlı: “Cəmiyyətimiz əlilliyi olanlar üçün təlimat kitabı və yol xəritəsi hazırlayacaq”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu