11 C
Baku
27 Mart 2026, 15:45
Dünyaİdman

“Napoli”nin koreyalı mərkəz müdafiəçisi Münhen klubuna keçir

“Napoli”nin koreyalı mərkəz müdafiəçisi Kim Min Cen “Bavariya”ya keçir. Belə ki, o transfer üçün şəxsi müqavilə ilə bağlı şifahi razılığa gəlib.

Bugun.tv xəbər verir ki, bu barədə məşhur futbol insayderi Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, Münhen klubu koreyalının müqaviləsində göstərilən məbləği ödəməkdə qalır.

Romano daha sonra bildirib ki, Kim beş illik müqaviləyə razılaşıb. Beləliklə, müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq. Onun müqaviləsindəki satın alma məbləği təxminən 50 milyon avrodur. “Bavariya” bu seçimi aktivləşdirən və İtaliya klubuna ödəniş edən kimi transfer başa çatmış sayılacaq.

Qeyd edək ki, koreyalı müdafiəçi İtaliya klubunun ölkə çempionluğunu qazandığı və Çempionlar Liqasının 1/4 finalına yüksəldiyi “Napoli”nin fenomenal mövsümünün əsas simalarından birinə çevrildi.

Bugün TV

Oxşar xəbərlər

İranın Hörmüz boğazında üstünlüyü nədədir?

Aynur Camal

Arktikada dəniz buzları rekord səviyyədə azalır

Aynur Camal

Arakçidən tənqid: “İsrailin hərəkətləri qanuni sayılır, İranın müdafiəsi isə qınanır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu