20 C
Baku
15 Oktyabr 2025, 18:20
Dünya

Narıncı xəbərdarlığı edildi!

Dövlət müəssisələri və məktəblər bağlandı

İranın Qum şəhərində havanın çirklənməsi kritik həddə çatıb. Səlahiyyətlilər şəhərdə narıncı xəbərdarlıq elan edərək, dövlət qurumlarını və məktəbləri bağlamaq qərarına gəliblər.

İranın Qum şəhərində havanın çirklənməsi kritik həddə çatıb.  İranın rəsmi xəbər agentliyi İRNA Qum vilayətinin ictimaiyyətlə əlaqələr idarəsindən yazılı açıqlama yayıb.

Açıqlamada havanın çirklənmə səviyyəsinin “narıncı” səviyyəyə yüksəldiyi, toz-qum fırtınalarının bu çirkliliyi daha da artırdığı bildirilib.

Dövlət qurumlarının və məktəblərin bir gün müddətinə bağlı olduğu açıqlanarkən, tənəffüs və ürək xəstəlikləri olan insanlara zərurət olmadıqca çölə çıxmamaları tövsiyə edilib.

Digər tərəfdən, havanın keyfiyyəti indeksində bir kubmetr havada hissəciklərə (PM10) görə müəyyən edilən dəyərlər aşağıdakılardır:

 0-50 təmiz hava (yaşıl), 51-100 orta (sarı), 101-150 həssas (narıncı), 151-200 qeyri-sağlam (qırmızı), 201-300 pis (bənövşəyi), 301-500 təhlükəli (qəhvəyi).

Mənbə: TGRT

Oxşar xəbərlər

Dünya idmançıları yenidən Kapadokyada toplanır

Aynur Camal

İsrailin raket hücumu nəticəsində iki suriyalı hərbçi yaralandı

Nigar Məmmədova

Ruslar kosmosa süni intellekt modeli göndərəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu