25 C
Baku
3 Sentyabr 2025, 11:49
Siyasət

Narişkin: “Yeni START müqaviləsində iştirakın dayandırılması Qərb üçün gözlənilməzdir”

Rusiyanın Yeni START müqaviləsində iştirakının dayandırılması ilə bağlı qərar Qərb üçün gözlənilməz oldu. Baxmayaraq ki, bu, tamamilə əsaslandırılmış və düzgün addımdır. Qərb ölkələri üçün isə bu gözlənilməzdir. Lakin mən hesab edirəm ki, Rusiyanın Yeni START müqaviləsində iştirakının dayandırılması tamamilə əsaslandırılmış, qəti və düzgün qərardır”.

Bugun.tv xəbər verir ki, bu sözləri Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

Çərşənbə axşamı Rusiya Prezidenti  Federal Məclisə müraciətində Moskvanın Rusiya və ABŞ tərəfindən imzalanmış və hər iki ölkənin nüvə arsenallarının azaldılmasını nəzərdə tutan Yeni START müqaviləsində iştirakını dayandıracağını bildirib. Vladimir Putin bildirib ki, Rusiya müqaviləyə əməl olunması ilə bağlı müzakirəyə qayıtmazdan əvvəl təkcə ABŞ-ın deyil, həm də NATO-nun digər nüvə güclərinin – Böyük Britaniya və Fransanın arsenalının müqavilə ilə necə hesablanacağını başa düşməlidir.

Qeyd edək ki, çərşənbə günü Dövlət Duması (aşağı palata) Rusiyanın iştirakının dayandırılması haqqında qanun layihəsini yekdilliklə qəbul edib.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Deputat Cavanşir Feyziyev Şəkidə 

Aynur Camal

Rusiya mart seçkiləri zamanı ABŞ səfirliyi yaxınlığında təhlükəsizliyin gücləndirilməsini tələb edir – səfir

Bugün TV

Rusiya və Cənubi Afrika hərbi əməkdaşlığı genişləndirir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu