21 C
Baku
12 Sentyabr 2025, 7:56
Baş xəbərKriminal

Narko-kuryerin çantasından narkotik və silah aşkarlandı

Bugun.tv xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat nəticəsində İrandan qeyri-qanuni yolla Ağstafa rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryer saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Qazax rayon sakini Ruslan Cəfərov Ağstafa rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb. R. Cəfərova məxsus idman çantasından müxtəlif bükümlərdə, ümumi çəkisi 757 qram narkotik maddə olan “heroin”, 2 kq-dan artıq olan “marixuana” və 2 ədəd tapança tipli odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir

Nigar Məmmədova

Masallıda narkotiklərin qanunsuz dövriyyəsinə görə 21 nəfər saxlanıldı

Nigar Məmmədova

Novruz şənliyində terror təbliğatı edən 36 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu