24 C
Baku
5 Sentyabr 2025, 7:50
Kriminal

Narkoboranlar saxlanıldı!

Bugun.tv xəbər verir ki, İmişli RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı rayon sakini Nurəddin Abbaslı saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  məlumat verib. Onun üzərinə keçirilən baxış zamanı sellofan bükümlərdə qablaşdırılmış heroin aşkarlanıb. Dindirilmə zamanı N.Abbaslı həmin vasitələri Rəşad adlı şəxsdən əldə etdiyini bildirib.

Narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməkdə şübhəli bilinən rayon sakini Rəşad Ağayev də saxlanılıb. Bundan əlavə, sonuncunun rayon ərazisində müvəqqəti olaraq yaşadığı ünvanda tiryəkxana təşkil etdiyi də müəyyən edilib.

R.Ağayevin yaşadığı ünvana keçirilən baxış zamanı sellofan və kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Həmçinin əməliyyat tədbiri zamanı həmin ünvanda narkotik vasitə qəbul edən iki nəfər şəxs saxlanılıb. Hər iki şəxs dindirilmə zamanı tiryəkxanaya narkotik vasitə qəbul etmək üçün gəldiklərini və pul müqabilində R.Ağayevin onlara şərait yaratdığını bildiriblər.

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Ü.Hacıbəylinin heykəlini təhqir edənlər cəzalandırıldı

Nigar Məmmədova

Dəmir yolu təxribatına görə 8 il müddətinə azadlıqdan məhrum edildi

Kəmalə Sultan

Göyçayda vətəndaşlardan odlu silahlar götürüldü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu