19 C
Baku
8 Sentyabr 2024, 3:51
Baş xəbərHadisə

“Narkogüç” əməliyyatı: 158 nəzarətə alındı

Bugun.tv xəbər verir ki, Narkotik alverçilərinə qarşı 12 vilayətdə eyni vaxtda “Narkogüç” əməliyyatı keçirilib. 158 şübhəli saxlanılıb və külli miqdarda narkotik vasitə götürülüb.

TRT Haber-in məlumatına görə, Daxili işlər naziri Əli Yerlikaya Diyarbəkir, Aydın, Antalya, Kütahya, Bitlis, Mersin, İstanbul, Elazığ, Nevşehir, Kütahya, Ərzurum və Qaziantepdə “Narkögüç” əməliyyatlarının təşkil edildiyini açıqlayıb. Polis və jandarma əməkdaşlarının keçirdiyi əməliyyatlarda 158 zəhər satıcısı saxlanılıb. Əməliyyatlar zamanı 6 ton marixuana, 200 kilo sintetik narkotik və 30 min narkotik həb götürülüb. Şübhəlilərdən 55-i həbs olunarkən, digərlərinin dindirilməsi davam edir. Nazir Yerlikaya əməliyyatla bağlı “Zəhər tacirlərinin həyatını acınacaqlı vəziyyətə salacağıq” deyib.

Müxbir: Şəms Elnurqızı

İntizar Əmirova

Oxşar xəbərlər

Azərbaycan Prezidenti Mərakeş Kralına təbrik məktubu ünvanlayıb

Aynur Camal

ABŞ Rusiyaya çağırış etdi

Bugün TV

HHM bölmələrinin peşəkarlığı artırılır

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu