Baş xəbərKriminal

Narkokuryerdən küllü miqdarda narkotik vasitələr götürüldü – FOTO

Bugun.tv xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Jiy kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı sakini İqbal Aslanov saxlanılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış keçirilib. Bu zamanı ayrı-ayrı bükümlərdə qablaşdırılmış, ümumilikdə 5 kiloqramdan artıq heroin və 3 kq 500 q marixuana, 2 kq metamfetamin və 1000 ədədə yaxın metadon həbi aşkarlanıb.

İlkin araşdırma zamanı məlum olub ki, İ.Aslanovun həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə edib. Onu Bakı şəhərinə apararaq deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə İ.Aslanov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı istintaq davam edir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Deputat Ceyhun Məmmədovdan İslam əxlaqına dair paylaşım

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu