29 C
Baku
9 İyun 2025, 10:04
Kriminal

Narkokuryerlik edən şəxs saxlanıldı

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirib. Nəticədə əvvəllər də məhkum olunmuş rayon sakini Namiq Ağayev saxlanılıb. Həmin şəxsin kolluq ərazidə gizlətdiyi 35 kiloqram 400 qram marixuana, 3 kiloqramdan artıq heroin, 476 qram metamfetamin, 30 ədəd güclü xassəyə malik olan müxtəlif növ həblər aşkarlanaraq götürülüb.

Məlum olub ki, N. Ağayev xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb olunub. Narkotik vasitələri elə həmin şəxsin göstərişi ilə müəyyən yerlərdə gizlədib.

Bugun.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Ötən gün baş verən cinayətlərin xülasəsi

Aynur Camal

İran vətəndaşı saxlanıldı

Kəmalə Sultan

Yasamal rayonunda 33 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu